"Çelsi"də zarafat qadağası
"Çelsi" baş məşqçisi Joze Mourinyo və futbolçuların məşq zamanı zarafat etmələrini qadağan edib.

Komandanın mövsümə uğursuz başlaması səbəbindən bu addım atılıb. Bildirilir ki, komanda "qara zolaq"dan çıxana qədər zarafat edilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasında 5 turdan sonra 4 xalla 17-ci pillədədir.

Xəbər 751 dəfə oxundu.