Erik Lamela “Qarabağ”a qarşı start heyətində
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Tottenhem” hazırlığını davam etdirir. London klubunun baş məşqçisi Maurisio Poçettino bu görüşdə şans verəcəyi heyəti, demək olar ki, müəyyənləşdirib.

Belə ki, Erik Lamela və Aleks Pritkard kimi futbolçuların ilk “11-lik”də meydana çıxacağı gözlənilir. Bundan əlavə, Mişel Vorm, Denni Rouz və Kiran Tripperin də əsas heyətdə yer almaq şansı yüksəkdi.

Poçettino ehtiyat oyunçular skamyasında isə daha çox gənc futbolçuların əyləşməsini istəyir. Oyunun gedişindən asılı olaraq, təcrübəli məşqçi həmin gənclərə şans verə bilər.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sentyabrın 17-də keçiriləcək.

Xəbər 657 dəfə oxundu.