Respublika stadionuna yeni direktoru "Qarabağ" təyin edəcək?
Xəbər verdiyimiz kimi,Respublika stadionunun direktoru Akif İsmayılov istefa verib. Onun yerinə hələlik yeni direktor təyin olunmayıb. Gənclər və İdman Nazirliyi yeni namizədin "Qarabağ" klubu tərəfindən məsləhət görülməsini istəyir. Hər necə olsa, arena hazırda Ağdam klubuna icarəyə verilib və yeni direktorla ən çox ünsiyyətdə məhz ağdamlılar olacaq.

Xəbər 675 dəfə oxundu.