Mərakeş millisinin üzvü Rusiyanı Ərəbistana dəyişdi
Rusiyanın "Lokomotiv” klubunundan ayrılan mərakeşli futbolçu Mübarək Bussufanın yeni klubu bəlli olub. Bussufa karyerasını Ərəbistanda davam etdirəcək. Belə ki, O, "Əl Əhli” klubu üçün tibbi müayinədən keçib. Futbolçu ilə iki illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində "Genk”, "Anderlet”, "Anji” kimi klublarda oynayıb. O, həmçinin mərakeş millisinin də üzvüdür.

Xəbər 698 dəfə oxundu.