Arazın komandası “Kerkura” qarşı
Bu gün futbol üzrə Yunanıstan Superliqasında XIX turun oyunları keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Kerkura” ilə qarşılaşacaq.

Bu oyun öncəsi “Panionios” 19 xalla 10-cu pillədə qərarlaşıb. “Kerkyra” isə 12 xalla 13-cü yerdə gedir. Bu üzdən də həmyerlimizin komandasının bu görüşdən mütləq 3 xalla ayrılması lazımdı. Əks halda bu komandanın durumu daha da ağırlaşa bilər.

Xəbər 900 dəfə oxundu.