Tottenhem - Qarabağ matçı üçün 25 min bilet satılıb
Avropa Liqasının J qrupu çərçivəsində İngiltərənin "Tottenhem" klubu ilə Azərbaycan çempionu "Qarabağ" arasında keçiriləcək oyuna bilet satışı davam edir. Hazırda bu oyuna 25 000 bilet satılıb.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" oyunu Londondakı "Uayt Hart Leyn" stadionunda keçiriləcək. Sözügedən arena 36 mindən çox azarkeş tutumuna malikdir.

Sentyabrın 17-də baş tutacaq bu qarşılaşma yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcək.

Xəbər 616 dəfə oxundu.