“FİFA qalmaqalı” yeni mərhələdə
FİFA-da korrupsiya ilə bağlı aparılan əməliyyatların yeni mərhələsi başlayıb.

Bu məqsədlə İsveçrədə axtarış əməliyyatları aparılıb. İsveçrənin baş prokuroru Mixail Lauber bildirib ki, əməliyyat İsveçrənin qərb hissəsində həyata keçirilib:

“Korrupsiya ilə mübarizədən söhbət gedəndə, beynəlxalq əməkdaşlıq çox vacib rol oynayır. FİFA-dakı əməliyyatlarla bağlı İsveçrəyə maraq çox artıb. Bu işlə əlaqədar xüsusi təhqiqat qrupu yaradılıb.

Bu qrupun diqqətini 121 bank hesabı cəlb edib. Banklar öz vəzifələrini yerinə yetirirlər. Bu, müsbət nəticədi. Ancaq bu iş çox baha başa gəlib. Xeyli araşdırma aparılıb. Ancaq hələ də yolun yarsına gəlməmişik. ABŞ və İsveçrə ayrı-ayrı əməliyyatlar aparır”.

Xəbər 674 dəfə oxundu.