Topaz Premyer Liqasının uğurlu debütantı
Futbol üzrə Topaz Premyer Liqasının debütantı “Zirə” dördüncü turun “Sumqayıt”la qarşılaşmasında heç-heçə etməklə (0:0) məğlubiyyətsiz oyunlar seriyasını dördə çatdırıb.

Əvvəlki 3 turda 1 qələbə qazanıb, 2 heç-heçə edən paytaxt təmsilçisi bu seriyası ilə ölkə çempionatları tarixinin ən yaxşı debütantları sırasında düşüb. Belə ki, 1992-ci ildə start götürən yarışda indiyədək yalnız iki klub startdakı 4 debüt matçında uduzmamışdı. Bütün klubların debüt etdiyi birinci çempionat nəzərə alınmamaqla, yalnız “MKT-Araz” və “Kəpəz” bakılılar kimi ilk 4 qarşılaşmada uduzmamışdı. İmişli təmsilçisi 2004/2005-ci il mövsümündə, 3 qat ölkə çempionu isə elitaya qayıtdığı 2010/2011-ci il mövsümündə belə uğurlu nəticə göstərib. “Gəncə” adını daşıyan komanda 5 il əvvəl ilk 4 oyunda 4 heç-heçə edibsə, “MKT-Araz”ın debütü 10 xalla əlamətdar olub.

Xəbər 663 dəfə oxundu.