Teymur Rəcəbovun çempionluq şansı artıb
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında beynəlxalq «Tata Steel Chess» superturnirinin XI turunda milli komanda yoldaşı Vüqar Həşimovu (2761) məğlub edən Teymur Rəcəbov (2773), liderlər qrupunda mövqeyini bir qədər də möhkəmləndirib.

İdman.com.az saytı xəbər verir ki, hesabında 7 xal olan qrossmeysterimiz Maqnus Karlsenlə (2835) birgə yarış cədvəlinin 2-3-cü pilləsini bölüşdürür. Onlar lider Levon Aronyandan (2805) yarım xal geri qalırlar. Sabah şahmatçımız yaxın izləyicisi Vasili İvançukla (2766) görüşəcək. Vüqar 4 xalla 11-cidir. O, bu tur digər ukraynalı, Sergey Karyakinlə (2769) üz-üzə gələcək.
Yarışın bitməsinə 2 gün qalıb.

Xəbər 943 dəfə oxundu.