Sneyder: "Favorit "Atletiko"dur"
Sabah Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray" doğma arenada "Atletiko"nu qəbul edəcək.

"Sarı-qırmızlılar"ın hollandiyalı ulduzu Uesli Sneyder oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Atletiko" çətin rəqibdir. Hətta Çempionlar Liqasının qalibi olacaq bir komandadır. Çempionlar Liqasında öz meydanımızda çox yaxşı nəticələr əldə etmişik. İşimiz çətin olacaq. Biz daha ac və həvəsliyik".

Xəbər 804 dəfə oxundu.