Messi 100-cü matçına çıxır
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə keçiriləcək oyun "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olacaq.

Argentinalı futbolçu qitənin ən mötəbər turnirində yubiley matçına çıxacaq.

Romada baş tutacaq görüş Messinin Çempionlar Liqasında keçirəcəyi 100-cü oyun kimi tarixə düşəcək.

Çempionlar Liqasında 11-ci mövsümünü keçirəcək Messi "Roma" ilə görüşdə oynayacağı təqdirdə turnirdə 100-cü matçına çıxan 26-cı futbolçu olacaq.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Roma" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Messi "Real"ın hücumçusu Kriştiano Ronaldo ilə birgə Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu siyahısına başçılıq edir. Hər iki futbolçunun aktivində 77 qol var.

Xəbər 672 dəfə oxundu.