Dünya Kuboku: Rəcəbov heç-heçə etdi, Məmmədyarov Houya qarşı - YENİLƏNİR | |
Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Yarışın dördüncü günündə 1/32 final mərhələsinə start veriləcək. Dünya Kubokunda mübarizəni davam etdirən Azərbaycan millisinin 4 üzvü 1/16 finala gedən yolun ilk qarşılaşmasına bu gün çıxacaq. Şahmatçılarımızı heç də asan oyunun gözləmədiyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Dünya Kuboku 1/32 final, ilk oyunlar Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail) - 0,5:0,5 David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan) Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan) Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin) Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb. |
|
Xəbər 604 dəfə oxundu. |
|
|