Müller futbol tarixinin ən bahalı futbolçusu ola bilər
"Bavariya"nın hücumçusu Tomas Müller futbol tarixinin ən bahalı futbolçusu ünvanını Kriştiano Ronaldodan ala bilərmiş. Amma...

Müllerin keçmiş çalışdırıcısı, hazırda "Mançester Yunayted"in "sükanı arxasında" olan Lui van Qal alman futbolçunu İngiltərə klubuna gətirmək üçün çox çalışıb.

Bir müddət əvvəl "Bavariya"nın prezidenti Karl Hayns Rummenigge Müller üçün MY-dən fantastik təklif aldıqlarını, lakin bu təklifi rədd etdiklərini açıqlamışdı. Almaniyanın "Kikker" nəşri ingilislərin Müller üçün nə qədər məbləğ təklif etdiklərini araşdırıb.

Məlum olub ki, "qırmızı şeytanlar" forvarda görə Almaniya nəhənginə 120 milyon avro təklif ediblər. Futbolçunun özünə isə illik 12 milyon avro və 5 illik müqavilə təklif olunubmuş.

Xəbər 719 dəfə oxundu.