“Turan” da çalışmalara başladı
“Turan” klubu bu gün qış fasiləsində ilk məşqinə çıxıb. İdman.com saytının məlumatına görə, Tovuz Olimpiya İdman Kompleksinin stadionunda baş tutan məşqdə yeni baş məşqçi Rasim Əliyevin sərəncamında 28 futbolçu olub.
İlk hazırlığda əsasən yerli gənclər iştirak edib. Komandaya yeni qoşulacaq futbolçuların kimliyinə və ümumiyyətlə gələcək planlara yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 963 dəfə oxundu.