Azərbaycan ilk “onluq”da, Ermənistan siyahıda yoxdu | |
Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Siyahıda qitənin 47 komandası yer alıb. Faiq Qarayevin çalışdırdığı Azərbaycan yığması aktivindəki xalların sayını 252-yə yüksəltməklə, ilk “onluğa” daxil olub. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyərək, 10-cu pillədə qərarlaşan komandamız Çexiya və Fransanı arxada qoyub. Millimizin hesabındakı 252 xalın 44-ü Bakıda keçirilən I Avropa oyunlarındakı nəticələrə görə əldə olunub. 72 xal AVRO-2013-də, 84 xal AVRO-2011-də, 32 xal DÇ-2014-ün seçmə, 10 xal isə London-2012-nin təsnifat mərhələsində qazanılıb. Cədvəlin ilk pilləsində isə mövqeyini qoruyan Rusiya qərarlaşıb – 326 xal. Serbiya (324) yeni ikinci olduğu halda, Avropa çempionatındakı rəqiblərimizdən Türkiyə (320) üçüncü yerə qalxıb. AVRO-2015-dəki digər rəqiblərimizdən Belçika (260) yenə 8-ci olduğu halda, Avropa Liqasını qazanan Macarıstan 4 rəqibini arxada qoyub. Onlar hazırda 18-cidi. Cədvəldə yer almayan ölkələr siyahısında Ermənistan da var. Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını 4-cü yerdə bitirib. |
|
Xəbər 622 dəfə oxundu. |
|
|