Alesandro Pato Braziliya yığmasına qayıtmaq istəyir
“Milan”ın keçmiş futbolçusu, hazırda “San-Paulu”nun şərəfini qoruyan Alesandro Pato Braziliya yığmasına qayıtmaq istəyir.

Pato yığmanın baş məşqçisi Dunqadan dəvət gözlədiyini bildirib. O, iddialı danışaraq, hazırda ölkədə özündən güclü hücumçu olmadığını deyib:

“Yığmaya qayıtmaq istəyirəm. Bu, mənim əsas hədəfimdi. Üç gündən sonra heyət açıqlanacaq. Hesab edirəm ki, yığmada oynamağa layiqəm.

Mən Braziliyanın ən yaxşı hücumçusuyam. Özümdən yaxşı heç kimi görmürəm. Komandaya kömək edə bilərəm. Həm sağ, həm də sol cinahda oynamağa hazıram. Qərar Dunqanındı, gözləyirəm”.

Bazar günü 26 yaşlı futbolçu Braziliya çempionatının bu mövsümündə 22-ci qolunu vurub.

Braziliya dünya çempionatının seçmə mərhələsində Çili və Kolumbiya ilə qarşılaşacaq. Oyunlar oktyabrın 8-də və 13-də keçiriləcək.

Xəbər 649 dəfə oxundu.