Joze Mourinyo yenə də diqqət mərkəzinə düşüb
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo yenə də diqqət mərkəzinə düşüb.

Portuqaliyalı mütəxəssis bu dəfə “Everton”un baş məşqçisi Roberto Martinesə “ilişib”. O, “Everton”a məğlubiyyətdən (1:3) sonra həmkarının ünvanına ədəbsiz ifadələr işlədib. Oyundan sonra keçirilən mətbuat konfransına Roberto Mourinyodan əvvəl daxil olub. Portuqaliyalı mütəxəssis həmkarını çox gözləməli olub və buna görə də əsəbiləşib.

O, Martinesə bildirib ki, mətbuat konfransına birinci qonaq komandanın çalışdırıcısı girməlidi. Roberto isə cavabında “bu məsələ mənim səlahiyyətimdə deyil” deyib. Bundan sonra Mourinyo Martinesin ünavnına ədəbsiz ifadələr səsləndirib.

“Çelsi” 5 turdan sonra 4 xal toplayaraq, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər 598 dəfə oxundu.