"İnter Arena"da media səddi
Bir çox stadionlarımızda medianın matçı yüksək səviyyədə işıqlandırması üçün normal şərait yoxdur. Yəni, tək press loja yaratmaqla iş bitmir. Vacib olan bu lojalarda jurnalistin fəaliyyəti üçün də şəraitin yaradılmasıdır.

"İnter Arena"da bu barədə problemlər var.

Mərkəzi tribunada media üçün yer ayrılıb. Yer ayrılıb deyəndə ki, aşağı sırada yerləşən oturacaqlar jurnalistlər üçün nəzərdə tutulub. Ancaq həmin yerdən matçı normal izləmək və epizodları daha dəqiq görmək mümkün deyil. Çünki düz media sektorunun qarşısında dəmir dirəklər basdırılıb və bu dirəklərin üstündən oyunların çəkilişi gedir. Həmin dirəklər isə oyunu izləmək istəyən media nümayəndələri üçün əsl maneədir. Yaxşı olardı ki, bu dirəklər quraşdırılanda hər şey nəzərə alınaydı. Ümumiyyətlə, oyunların çəkilişləri üçün elə yerlər seçilməlidir ki, həmin yerdə operatorların arxasında heç kim olmasın. Görünür "İnter" rəhbərliyi üçün medianın matçı hansı vəziyyətdə izləməyin elə də əhəmiyyəti yoxdur.

Xəbər 642 dəfə oxundu.