Xavi Qətərdə ilk rəsmi oyununa çıxdı
"Barselona"nın sabiq futboçusu Xavi Hernandes yeni klubu "Al-Sadd"a ilk rəsmi matçına çıxıb.

35 yaşlı yarımmüdafiəçi Qətər çempionatında "Al-Mezaymir"ə qarşı oyunda (4:0) rəsmi debütünü edib. O, ilk qarşılaşmasında bir qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, Xavi bu yay "Barselona"dan "Al-Sadd"a transfer olub.

Xəbər 621 dəfə oxundu.