“Qəbələ”nin rəqibi şad xəbər aldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 17-də “Qəbələ”nin qonağı olacaq PAOK şad xəbər alıb. Saloniki klubunda Terri Antonis zədəsini sağaldıb.

Sıraya dönən avstraliyalı futbolçu məşqlərə də artıq başlayıb. O, bu gün keçirilən məşq prosesində kollektivlə birgə iştirak edib.

PAOK-un Yunanıstan Superliqasının cari mövsümündəki ilk qələbəsini ötən həftə “Veria” üzərində qazanması komanda daxilindəki əhval-ruhiyyəni yüksəldib.

Bu matçdan dərhal sonra “Qəbələ” ilə görüşün hazırlıqlarına başlayan PAOK çərşənbə günü Bakıya gələcək. Komanda oyunöncəsi son məşqini də məhz həmin gün Bakıda keçirəcək.

Xəbər 653 dəfə oxundu.