Dünyanın ən böyük derbisində qonaqların zəfəri
Argentina çempionatının 24-cü turunda dünyanın ən böyük derbilərindən hesab olunun “River Pleyt” - “Boka Xuniors” görüşü baş tutub.

Oyun “Boka Xuniors”un minimal hesablı qələbəsilə başa çatıb. Yeganə qolu qarşılaşmanın 19-cu dəqiqiəsində Nikolas Lodeyro vurub. Maraqlkıdı ki, Lodeyro oyunun əvvəlində zədələnən Fernando Qaqonun əvəzinə meydana çıxmışdı.

Bu qələbədən sonra “Boka Xuniors” 52 xalla turnir cədvəlinə başçılıq edir. “River Pleyt “ isə 41 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər 739 dəfə oxundu.