Beyl gileyləndi
“Real”ın futbolçusu Qaret Beyl meydanda bir neçə funksiyanı yerinə yetirə biləcəyini deyib.

Beyl yeni mövsümə böyük motivasiya ilə başladığını da qeyd edib. Uelsli futbolçu “Real”da keçirdiyi 2-ci mövsüm barədə danışarkən, gileylənib:

“Hesab edirəm ki, bu mövsüm komanda oyununda daha çox iştirak edirəm. Oyunun gedişində qol vurmaqla yanaşı, qol ötürməsi edə biləcəyimi də göstərirəm.

“Real”da keçirdiyim ilk mövsümdə eyforiyada idim. Özümü xoşbəxt insan hesab edirdim. İkinci mövsümdə komandanın bir hissəsi olmağa çalışdım. Ancaq çox az ötürmə alırdım.

İndi isə düşünürəm ki, komandaya böyük ölçüdə inteqrasiya oluna bilmişəm”.

Xəbər 638 dəfə oxundu.