Hollandlar Kloppa ümid bağlayır
Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edən Hollandiya yığmasında məşqçi dəyişikliyi baş verə bilər.

Federasiya Danni Blindi istefaya göndərmək niyyətindədi. Blind bu postda Quss Hiddinki əvəzləmişdi.

Ancaq Hollandiya yığması onun rəhbərliyi altında İslandiya və Türkiyəyə məğlub olaraq, Avropa çempionatının final mərhələsinə vəsiqə şansını çətinə salıb. Hazırda Hollandiya qrupda 4-cü yerdə qərarlaşıb və pley-offa vəsiqə verən 3-cü yerdəki Türkiyədən 2 xal geri qalır.

Federasiya vəziyyətdən çıxış yolunu məşqçi dəyişikliyində görür. “The Sun” iddia edir ki, hollandlar Danni Blindin yerinə Yurgen Kloppu gətirmək istəyirlər. Nəşrin etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq onunla danışıqlara start verilib.


Xəbər 644 dəfə oxundu.