Dünya Kubokunda 4 şahmatçımız qaldı - YENİLƏNİR

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Yarışın dördüncü günündə 1/32 final mərhələsinə start veriləcək.

Dünya Kubokunda mübarizəni davam etdirən Azərbaycan millisinin 4 üzvü 1/16 finala gedən yolun ilk qarşılaşmasına bu gün çıxacaq. Şahmatçılarımızı heç də asan oyunun gözləmədiyini əvvəlcədən də proqnozlaşdırmaq olar.

Dünya Kuboku
1/32 final, ilk oyunlar

Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail)
David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan)
Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin)

Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb.

Xəbər 628 dəfə oxundu.