Rəqibimiz Avropa Liqasının ən güclüsüdü
Qadın voleybolçular arasında Avropa Liqasına yekun vurulub. Yarışın finalında Avropa çempionatında Azərbaycan millisinin rəqibləri – Macarıstanla Türkiyə üz-üzə gəlib.

Çempion tay-brekdə müəyyənləşib. Belə ki, macarlar ilk qarşılaşmada 3:0 hesabı ilə qələbə qazandıqdan sonra 1:3 hesabı ilə uduzub. Yarışa ikinci heyətlə qatılan “ay-ulduzlular”ın “lotereya”da isə bəxti gətirməyib və 13:15 hesabı ilə məğlub olub.

Xəbər 595 dəfə oxundu.