"Qarabağ" karpatlarla heç-heçə etdi
Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" komandası, bu gün növbəti yoldaşlıq görüşünə çıxıb. İdman.com.az saytının məlumatına görə, rəqib Rumıniyanın "Vasluy" klubu olub.

İlk həissədə qapılar toxunulmaz qalıb. Hesabı 47-ci dəqiqədə karpatlar açıb. Amma Ağdam təmsilçisi də borclu qalmayıb. 59-cu dəqiqədə Zaur Həşimov nəticədə tarazlıq yaradıb (1:1).

Xəbər 1032 dəfə oxundu.