Subaşiçin komandası yenə də məğlubiyyətlə üzləşdi
Serbiya Super Liqasında 9-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Yaqodina" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçın start heyətində meydana çıxan Subaşiç bu dəfə də komandasına heç nə ilə kömək edə bilməyib.

Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər 735 dəfə oxundu.