İspaniyanın Dünya Kuboku
İspaniyanın Valyadolid şəhərində batut gimnastikası üzrə növbəti Dünya Kuboku mərhələsi keçirilib.

Bu yarışlarda Azərbaycanı İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy, Ruslan Ağamirov, Sabina Zaytseva və Svetlana Makştarova təmsil ediblər.

Ən yaxşı nəticəni İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi sinxron cütlüyü, həmçinin Sabina Zaytseva və Svetlana Makştarova – qadın cütlüyü, müvafiq olaraq 5-ci və 8-ci yerləri qazanaraq, göstəriblər.

Xəbər 679 dəfə oxundu.