İbrahim Karqbo: “Neftçi” çox güclüdür - MÜSAHİBƏ
“Bakı” klubunun və Sierra Leone millisinin müdafiəçisi Ibrahim Karqbo şəxsi saytına (www.ibrahimkargbo.az) müsahibə verib. İdman.com.az saytının məlumatına görə, afrikalı legioner komandasının durumu və çempionluq şanslarınsdan danışaraq, heyətin ciddi dəyişikliklərə uğramasından narahat olmadığını bildirib:

- Premyer Liqanın ikinci dövrəsinə Antalyada hazırlaşırsınız. Türkiyədəki birinci toplanışdan sonra özünüzü necə hiss edirsiniz?
- Əsasən fiziki baxımdan xeyli artırmışıq. Hazırlığın bu mərhələsi əsasən buna həsr edilmişdi.

- İkincı hazırlıq prossesi başlayıb. Komandanızda vəziyyət necədir?
- Bildiyiniz kimi, qış fasiləsində komandamızda köklü dəyişikliklər baş verib. Birdən-birə 12 futbolçunun komandadan ayrılması və onların yerinə gələnlərin uyğunlaşması çox ağır bir prossesdir. Buna baxmayaraq, baş məşqçimiz Aleksandr Starkovun bu vəzifənin öhdəsindən məharətlə gələcəyinə ümid edirəm.

- Hal-hazırda komandanızın heyətində bir neçə gənc futbolçular çıxış edir. Onlarla birgə klub rəhbərliyinin qarşıya qoyduğu məqsədə çatmaq çətin olmayacaq ki?
- İstənilən halda qarşıya qoyulan vəzifəyə çatmaq asan deyil. Təcrübəli futbolçuların çoxluğu əlavə üstünlükdür. Buna baxmayaraq, klubun öz siyasəti var. Burada yerli futbolçuların yetişdirilməsinə də ciddi önəm verilir. Ona görə də heyətdə bir neçə gənc futbiolçu yer alır. İnanıram ki, çempionatın sonunda bu gənclərlə birgə hansısa nailiyyət qazanacağıq.

- İstər yoldaşlıq, istərsə də çempionat oyunlarında “Bakı” uğurlu çıxış edə bilmir…
- Məncə, bunlar hamısı keçmişdə qalıb. Biz yalnız gələcək barədə düşünürük. Heyətimiz yenilənib. Çətin də olsa, bizim əlavə vaxtımız yoxdur. Yoldaşlıq oyunlarındakı nəticələr isə nisbidir. Onu da unutmaq lazım deyil ki, rəqiblərimiz çox güclü klublardır. Buna baxmayaraq, komandanın hansı gücdə olduğu barədə fakir yürütmək düzgün deyil. Biz Almaniya II divizyon klubuna uduzduq. Burada qeyri-adi heç nə yoxdur. Hollandiya çempionatının lideri “AZ Alkmaar” la oyunda da şanslar qeyri-bərabər idi.

- Yeri gəlmişkən, həmin “AZ Alkmaar” a ötən illərdə çıxış etdiyin Hollandiya liqasında dəfələrlə oynamısınız…
- Bu komanda barədə yetərli qədər məlumatlı idik. Çox güclü heyətə malik klubdur. Orada bir neçə dostlarım oynayır. Hollandiya millisinin bir neçə futbolçusu bu klubda top qovur. Hollandiya isə FİFA reytinqində 2-ci yerdədir. Özünüz başa düşdünüz də, necə klubla oynamışıq.

- Hər halda, 5 top buraxmağınız təəccüblü idi…
- Bir də deyirəm ki, yoldaşlıq görüşlərindəki nəticələr nisbidir. Komandamız ikinci hazırlıq mərhələsinə qədəm qoyub. “Bakı” mükafatlar üçün iddialıdır. Öz gücümüzü çempionatda göstərəcəyik.

- Rəqibləriniz “Xəzər Lənkəran”dan savayı “İnter” və “Neftçi”də elə də ciddi dəyişiklik olmayıb. Bu rəqiblərlə müqaisədə komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Obyektiv olsaq, deməliyəm ki vəziyyətimiz elə də yaxşı deyil. Çempionatda 6-cı pillədəyik. Kubokda isə mübarizəni davam edirik. Heyətimizdə çox dəyişikliklər olub. Bir dövrə ərzində 12 oyunçunun gəlişi ilə çempion olmağımız çətin olacaq. Rəqiblərimizin heyəti demək olar stabildir. Xüsusən də “Neftçi” çox güclüdür. Onların necə hazırlaşdığı, hansı futbolçuları alması bizi maraqlandırmır. Nə olursa-olsun, biz hədəfimizə mütləq çatacağıq.

Xəbər 959 dəfə oxundu.