Gündüz Abbaszadənin yeni iş yeri bəlli oldu
Bir müddət öncə "Neftçi"dən mətbuat xidmətinin rəhbəri vəzifəsindən istefa verən Gündüz Abbaszadə yeni iş yeri tapıb.

Abbaszadə əvvəllər olduğu kimi yenə televiziyada fəaliyyət göstərəcək. O, bu ildən Azərbaycan Premyer Liqasının oyunlarını yayımlayan CBC telekanalında şərhçi kimi çalışacaq.

Abbaszadə bu gün keçirilən və CBC telekanalı vasitəsilə canlı yayımlanan "Rəvan" - "Neftçi" oyununda yeni iş yerində debüt edib.

Xatırladaq ki, Gündüz Abbaszadə əvvəllər ANS telekanalında çalışıb.

Xəbər 765 dəfə oxundu.