Sneyder daha iki il "Qalatasaray"da
"Qalatasaray" aparıcı futbolçusu Uesli Senyderlə yeni müqavilə imzalayacaq.

Bu barədə klub prezidenti Dursun Özbək "Haber Türk" kanalında qatıldığı bir verilişdə açıqlama verib.

O, hollandiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayacaqlarını bildirib: "Sneyderlə şifahi razılıq əldə etmişik. Gələn həftə onun meneceri İstanbula gələcək və müqavilə imzalanacaq" - deyə Dursun Özbək qeyd edib.

Xatırladaq ki, Sneyder 2013-cü ildən "cim-bom"un şərəfini qoruyur. O, bu müddət ərzində İstanbul klubunun heyətində 71 oyuna çıxıb və 25 qol vurub.

Xəbər 854 dəfə oxundu.