Gənclər və İdman Nazirliyində «İdman ili»nə həsr olunmuş tədbir keçirilib
Yanvarın 27-də Gənclər və İdman Nazirliyində «İdman ili»nə həsr olunmuş tədbir keçirilib. İdman.com.az saytı AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov cari ildə görüləcək işlər barədə məlumat verib, «İdman ili»nin ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Toplantıda ölkəmizdə fəaliyyət göstərən federasiyaların və idman cəmiyyətlərinin nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub.

Xəbər 1519 dəfə oxundu.