Əfsanəvi basketbolçu Meloun vəfat etdi
NBA-nın əfsanəvi mərkəz basketbolçularından biri Mozes Meloun 60 yaşında dünyasını dəyişib.

Meloun Rokets komandasının digər keçmiş əfsanəsi Kelvin Merfiylə qolf oynamaq üçün gəldiyi Norfolkda yuxuda ikən vəfat edib.

Xatırladaq ki, Mozes Meloun 3 dəfə müntəzəm çempionatın və bir dəfə də final seriyasının MVP-si olub.O , Filadelfiyanın heyətində NBA çempionu olub. Bundan başqa 12 dəfə ulduzlar görüşündə iştirak edib.

Onun karyerası ərzində orta göstəriciləri 20,6 xal və 12,2 ribaund olub.

Bundan başqa Meloun NBA tarixində 25 min xal və 15 min ribaunddan artıq göstəriciyə malik 4 basketbolçudan biridir.

Xəbər 868 dəfə oxundu.