"Kəpəz" "Xəzər Lənkəran"ın rekordunu təzələdi
Premyer Liqasının IV turunun “Kəpəz” - AZAL oyununda (1:0) yeni rekord qeydə alınıb.

Gəncədəki matçı 13200 tamaşaçı izləyib.

Bu da son 4 mövsüm üçün ən yüksək göstəricidi. Bu görüşədək mövsümün rekordu II turun turunun "Kəpəz" - "Zirə" oyunu (1:1) idi - 12500. Bundan başqa, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də belə yüksək rəqəmə təsadüf olunmamışdı.

Əvvəlki üç mövsümün rekordları Lənkəranda qeydə alınmışdı. Ötən çempionatda “Xəzər Lənkəran” - “Sumqayıt” görüşünü 8500, 2013/14-də “Xəzər Lənkəran” - “Neftçi”, 2012/13-də “Xəzər Lənkəran” - “İnter” matçlarının hər ikisini 11000 tamaşaçı seyr etmişdi.

“Kəpəz” - AZAL oyunundan başqa 13500 nəfər sonuncu dəfə stadiona 2011/12 mövsümündə toplaşmışdı. 2012-ci il mayın 11-də “Xəzər Lənkəran” - “Qarabağ” matçını məhz bu qədər tamaşaçı izləmişdi. Lənkəranda baş tutan oyundakı rekord 1204 gün sonra təkrarlanıb.

Xəbər 770 dəfə oxundu.