"Barselona"da ciddi itki
Dünən baş tutan "Atletiko" - "Barselona" (1:2) matçında Kataloniya təmsilçisi ciddi itki ilə üzləşib.

Kataloniya təmsilçisinin müdafiəçisi Tomas Vermalen matçın 27-ci dəqiqəsində aldığı zədə ilə oyunu yarımçıq dayandırıb. Klubun rəsmi saytında yayılan məlumata görə, müdafiəçi sol ayağından xəasrət alıb. Onun nə qədər yaşıl meydanlardan uzaq qalacağı isə hələlik açqlanmayıb.

Qeyd edək ki, 2014-15 mövsümün əvvəlində "Barselona"ya transfer olunan Vermalen zədə səbəbindən oynaya bilməmiş, yalnız 1 oyunda meydana çıxmışdı.

Xəbər 683 dəfə oxundu.