Qəbələnin rəqibi Moskva Dinamosuna divan tutdu
Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib. "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Moskva "Dinamo"su ilə qarşılaşıb. Matç krasnodarlıların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Krasnodar" hazırda 12 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər 849 dəfə oxundu.