Adil Şükürov: Zirə artıq müdafiədən hücuma yaxşı çıxır
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim üçün ağır bir oyun oldu. Heyəti təzə yığmışıq. Turdan tura təcrübəmiz artır. Futbolçularım daha çox qol epizodları yarada bilirlər. Artıq müdafiədən hücuma yaxşı çıxırıq. Çatışmazlıqlarımız var ki, onlar üzərində işləyəcəyik. Əsas məsələ odur ki, irəliləyiş var”.

Xəbər 707 dəfə oxundu.