Vüqar Nadirov iki klubdan təklif alıb
"Xəzər Lənkəran"dan ayrılan Vüqar Nadirova artq iki təkif var.

"Zirə" və "Rəvan" Nadirovu heyətində görmək istəyir.

"Zirə" əslində yayda da Vüqarla danışıq aparmışdı. Lakin futbolçu seçimini "Xəzər Lənkəran"ın xeyrinə etmişdi. "Rəvan"a gəlincə, bu komandanın baş məşqçisi Emin Quliyev Nadirovla həm millidə, həm də "Xəzər Lənkəran"da çiyin-çiyinə oynayıb və oyun üslubuna yaxşı bələddi. Buna görə də onu öz komandasına dəvət edib. Yəqin ki, futbolçu yaxn günlərdə qərarını verəcək.

Xəbər 773 dəfə oxundu.