Aleksandr Şoliçin arzusu
“Bakı” klubunun yarımmüdafiəçisi Aleksandr Şoliç Unibank Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacaqları “Neftçi” ilə oyunda qələbə qazanmaq istəyir. İdman.com.az saytı xəbər verirt ki, futbolçu həmin oyunla bağlı düşüncələrini belə bölüşüb:

“Neftçi”ni məğlub etmək bizim üçün çox vacibdir. O zaman turnir cədvəlindəki vəziyyət dəyişəcək. İlk iki oyunda ən azından 4 xal toplamaq lazımdır. Biz artıq indidən “Neftçi” ilə oyunu düşünürük. Çünki bu komandanı mütləq məğlub etməliyik”.

Xəbər 919 dəfə oxundu.