"Qəbələ"nin rəqibi üçün növbəti sınaq
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Krasnodar" bu gün Rusiya Premyer Liqasında növbəti oyununa çıxacaq.

"Kransodar" VII tur çərçivəsində doğma meydanda Moskva "Dinamo"su ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 7 turdan sonra aktivində 9 xalı olan "Krasnodar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər 663 dəfə oxundu.