PAOK "Qəbələ" ilə matçöncəsi böyükhesablı qələbə qazandı | |
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan superliqasında növbəti matçına çıxıb. Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olub. Oyun PAOK-un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mövsümdə ilk qələbəsini qazanan PAOK 4 xalla turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Qeyd edək ki, PAOK sentyabrın 17-də "Bakcell Arena"da "Qəbələ"nin qonağı olacaq. |
|
Xəbər 678 dəfə oxundu. |
|
|