Qəbələnin rəqibi darmadağın ilə qalib gəldi
Yunanıstan çempionatında 3-cü turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan PAOK da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Veria" ilə qarşılaşıb. Matç "Qəbələ"nin rəqibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, geridə qalan 3 turda 4 xal toplamış PAOK hazırda 16 klub arasında 4-cüdür.

Xəbər 781 dəfə oxundu.