Vadar Nuriyev: Nəticə oyuna görə olmadı
AZAL-ın məşqçisi Vadar Nuriyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. "Təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Gəncədə qalib gəlmək istəyirdik, amma alınmadı. Düşünürəm ki, nəticə oyuna görə olmadı. Futbolçulardan razıyıq. Sadəcə, təcrübəsizlik var. Bunu aradan qaldırmaq lazımdır. Komanda geridə qalan 4 oyunda qələbə qazanmasa da, biz aşkar autsayder deyilik”.

Xəbər 891 dəfə oxundu.