Azərbaycan - İtaliya futbol oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.

Biletləri “Bakcell Arena”nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti 1, 2, 4 və 50 manatdır.

AZƏRTAC

Xəbər 767 dəfə oxundu.