Azərbaycan triatlonçusu “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa yaxındır
Beynəlxalq Triatlon Federasiyasının yeni reytinq cədvəli açıqlanıb.

Reytinq cədvəlində Azərbaycan milli komandasının yeganə üzvü yer alıb. Hesabında 2502 xal olan Rostislav Pevtsov cədvəldə 29-cu pillədə qərarlaşıb.

Bu göstərici ilə idmançımız gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa yaxındır.

Xəbər 639 dəfə oxundu.