Şəhriyar Məmmədyarov və Rauf Məmmədov şahmat üzrə dünya kuboku yarışlarının ikinci mərhələsinə yüksəliblər
Bakıda şahmat üzrə dünya kuboku yarışları davam edir.

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov yarışların ikinci mərhələsinə yüksəliblər. Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 1,5:0,5 hesabı ilə İran şahmatçısı Pouya İdani üzərində qələbə qazanıb. Rauf Məmmədov isə eyni hesabla rusiyalı rəqibi Yevgeni Nayeri məğlubiyyətə uğradıb.

Sentyabrın 13-də iki əsas partiyadan sonra hesabı bərabər olan üç matçda tay-breyk oyunları keçiriləcək. Tay-breyk oyununda Azərbaycan şahmatçılarından Teymur Rəcəbov və Eltac Səfərli iştirak edəcəklər. T.Rəcəbli Samuel Sevyan (ABŞ), Eltac Səfərli isə Çaba Baloq (Macarıstan) ilə heç-heçə oynayıblar.

Dünya kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 96 min, finalçı isə 64 min dollar qazanacaq.

Xəbər 812 dəfə oxundu.