"Krasnodar"ın futbolçusu: "Bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir"
"Borussiya" güclü komandadır. Mənim ixtiyarımda olsaydı, biz ancaq güclü klublara qarşı oynayardıq". Bunu klub saytına açıqlamasında Rusiya "Krasnodar"ının hücumçusu Ari deyib.

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibinin heyətində çıxış edən braziliyalı Almaniya "Borussiya"sı kimi güclü komandalarla oynamağın tərəfdarı olduğunu bildirib: "Belə oyunlarda öz futbol stilini, səviyyəni nümayiş etdirmək olur. Bu yaxşıdır. Deyərdim ki, bu cür qarşılaşmalar Çempionlar Liqası səviyyəsindədir".
Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" Yunanıstan PAOK-u, "Krasnodar" isə "Borussiya" ilə üz-üzə gələcək.

Xəbər 689 dəfə oxundu.