PAOK "Qəbələ" ilə matç öncəsi "Veriya" səfərində | |
Təmsilçimizin rəqibi növbəti oyununa çıxır "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK bu gün Yunanıstan superliqasında növbəti matçına çıxacaq. Saloniki təmsilçisi 3-cü turda səfərdə "Veriya"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. Qeyd edək ki, PAOK geridə qalan 2 turdan sonra 1 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, PAOK Avroliqanın qrup mərhələsində ilk matçını sentyabrın 17-də Bakıda "Qəbələ"yə qarşı keçirəcək. |
|
Xəbər 756 dəfə oxundu. |
|
|