“Neftçi”nin rəqibləri müyyənləşdi
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirin püşkü atılıb. İdman.com.az saytının xəbərinə görə, son Azərbaycan çempionu “Neftçi”nin qatılacağı yarışın püşkatmasının nəticəsinə əsasən 8 iştirakçı 2 qrupa bölüşdürülüb.

Böyükağa Hacıyevin baş məşqçisi olduğu komanda Türkiyənin Antalya şəhərində baş tutacaq yarışda Ukraynanın “Metallist”, Polşanın “Poloniya” və Özbəkistanın “Paxtakor” klubları ilə birgə “B” qrupuna düşüb. “A” qrupunda isə təşkilatçı "Terek" Rumıniyanın "Rapid", Qazaxıstanın “Ordabaşı” və Latviyanın “Dauqava” klubları ilə bir qrupda yer alıb.

Hər qrupda 1-ci yeri tutacaq komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mərdan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın hazırkı prezidenti Ramazan Qədirov da izləyəcək.
Qeyd edək ki, turnir 28 yanvar - 3 fevral aralığında keçiriləcək.

Xəbər 1113 dəfə oxundu.