FİFA Xəzər Lənkərana sərt cəza verdi: Yeni transferlər növbəti ildən oynaya bilər
Bu gün "Xəzər Lənkəran" rəhbərliyi mətbuat konfransı keçirib. Həmin toplantıda bəyan olunub ki, FİFA-nın qoyduğu transfer qadağasının müddəti başa çatmayıb.

Daha doğrusu, dünya futbol qurumu həmin müddətin qışda, yəni 2016-cı ilin yanvar ayında başa çatacağını diqqətə çatdırıb. Artıq bununla bağlı FİFA-dan cənub klubuna rəsmi məktub da göndərilib.

Qeyd edək ki, "Xəzər Lənkəran" bu yay Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini transfer etmişdi.

Xəbər 1004 dəfə oxundu.